Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Hindistan ilə "Javelin" və "Stryker"lərin birgə istehsalına başlayacaq

14.02.2025 13:48 1 305
ABŞ Hindistan ilə
Rəsmi Vaşinqton və Nyu-Delhi Hindistanda "Javelin" tank əleyhinə raket sistemlərinin, eləcə də "Stryker" zirehli maşınlarının birgə istehsalını həyata keçirəcəklər.

Bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda keçirilən danışıqların yekunlarına dair dərc olunan birgə bəyanatda qeyd olunub.

Sənəddə həmçinin bildirilir ki, tərəflər qarşılıqlı fəaliyyət və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə hərbi satışları, birgə istehsalı genişləndirmək barədə razılığa gəliblər.

Son xəbərlər