Mojo.az Banner
19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |    
Mojo.az Avto
Mojo.az Avto

Hindistan və ABŞ “Javelin” raket sistemlərinin birgə istehsalını qura bilər

25.06.2024 19:04 1 647
Hindistan və ABŞ “Javelin” raket sistemlərinin birgə istehsalını qura bilər
Hindistan və ABŞ Asiya ölkəsinin ərazisində “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin birgə istehsalının təşkili imkanlarını müzakirə edirlər.

Bu barədə ANI agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin yüksək səviyyəli nümayəndə heyətinin Yeni Dehliyə son səfərlərindən birində tərəflər bu mövzuda danışıqlar aparıblar.

Agentlik qeyd edir ki, Hindistanda “Javelin”in mümkün birgə istehsalı ilə bağlı müzakirələr ilkin mərhələdədir, Asiya ölkəsi bu məsələ ilə bağlı yekun qərarını verməyib.

Qeyd edək ki, Hindistan tərəfi ordusunda tank əleyhinə raket sistemlərinə artan ehtiyacları ödəmək məqsədilə bu sahədə tərəfdaş axtarmağa başlayıb.скачать dle 11.3
Mojo.az Banner