Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək |
Mojo.az Avto
Mojo.az Avto

“turbo.az”ın sahibi "Hepsiburada"nın İdarə heyətinin sədri seçilib

11.02.2025 22:29 1 011
“turbo.az”ın sahibi
Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan qazaxıstanlı milyarder Mixail Lomtadze Türkiyənin məşhur onlayn ticarət platforması olan "Hepsiburada"nın İdarə heyətinin sədri seçilib.

Yeniavaz.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Lomtadze ilə bərabər Qazaxıstanın “Kaspi.kz” şirkətinin bəzi rəhbərləri "Hepsiburada"nın İdarə heyətinə üzv seçiliblər. Sədr müavinləri Yuriy Didenko, Tengiz Mosidze və Pavel Mironov “Hepsiburada”nın İdarə heyətinin üzvü olublar.

Qeyd edək ki, Didenko “Kaspi.kz” şirkətində kapital bazarlarına, Mosidze maliyyəyə, Mironov isə əməliyyat fəaliyyətlərinə cavabdehdir. Bundan əlavə, “Kaspi Pay” və “Kaspi.kz”də mobil ticarətin rəhbəri Sandro Berdzenişvili də “Hepsiburada”nın İdarə heyətinə qatılıb.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir. Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nursultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb. “Forbes”in açıqladığı sonuncu məlumatda göstərilir ki, Mixail Lomtadzenin 5,8 milyard dollar sərvəti var.
Qeyd edək ki, ötən ilin oktyabr ayının 18-də açıqlanan məlumatda “Kaspi.kz” şirkətinin Türkiyədə məşhur Doğan ailəsinə məxsus olan "Hepsiburada" ticarət platformasının 65%-i üçün 1,127 milyard dollar ödədiyi bildirilib.

Son xəbərlər