Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bir yolda məhdudiyyət tətbiq olunur

10.02.2025 15:58 1 128
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bir yolda məhdudiyyət tətbiq olunur
Akademik Həsən Əliyev küçəsi - metronun "Koroğlu" stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, tikinti işlərinə uyğun olaraq, ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

"Bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər