Mojo.az — elanlar
Son Xəbərlər
21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)

07.02.2025 11:54 1 749
Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)
"Abşeron Gənclər Şəhərciyində qeyri-adi davranışı ilə diqqət çəkən qadının görüntüsünü əks etdirən paylaşım araşdırılıb".

Bunu oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov deyib.

Onun sözlərinə görə, həmin şəxsin sağlamlıq vəziyyəti ilə əlaqədar polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb.

* * * * *

Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.

Median.Az
xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.

Qeyd edirlər ki, bütün bina sakinləri, yaxın qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirirlər.

"Bakı-Sumqayıt yolunun 7-ci kilometrində yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər şeylər atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər.

Qeyd edək ki, problemlə bağlı lazımi yerlərə şikayət olunsa da, məsələ həllini tapmayıb.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər