Mojo.az Banner
14:02 Elektron sənəd qəbulunun müddəti uzadıldı  |     13:56 Daşkəsəndə iri qaya parçaları yolu bağladı  |     13:50 Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi  |     13:42 50 yaşdan sonra hansı qidaları azaltmaq lazımdır - 6 məhsul qrupu açıqlandı  |     13:34 Mais Nəsirov departament rəhbəri təyin edildi  |     13:26 Yaxın günlərdə temperatur 41 dərəcəyə çatacaq - AÇIQLAMA  |     13:23 Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI  |     13:14 Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı  |     13:09 Yeni ailə quran gənclərə birdəfəlik yardımların verilməsi təklif olunur  |     13:01 Paşinyan Rusiyadakı səfiri geri çağıracaq  |     12:56 Laçında məskunlaşan ailələrin sayı açıqlandı  |     12:50 Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış  |     12:45 Bu şəxslərin pensiyası yenidən artacaq  |     12:38 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib  |     12:32 İslam Maxaçev döyüşlərdən kənarlaşdırıldı  |     12:27 Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO  |     12:19 Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var  |     12:14 "Maşa və Ayı" bu ölkədə qadağan edildi  |     12:06 Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi  |     12:01 Qazax sakinin niyə yarım milyon manatdan çox vergi borcu yaranıb? - Video  |    
Left Banner
Right Banner

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu

06.02.2025 13:05 705
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu
Gəndov-Yalama yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü - Xaçmaz şəhər sakini Səfər Ağayev təhlükəsizlik kəmərini bağlamadığına görə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından, onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, S.Ağayevin avtomobilində narkotik vasitə də aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.скачать dle 11.3
Mojo.az Banner