Mojo.az Banner
23:01 Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO  |     22:56 Universitetə qəbulda keçid balları qalxacaq - AÇIQLAMA  |     22:49 Xocavənddəki mina partlayışında yaralanan şəxsin vəziyyəti açıqlandı  |     22:44 Göyçayda minik avtomobili aşıb, üç nəfər xəsarət alıb  |     22:38 Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı  |     22:31 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və propan göndəriləcək  |     22:26 Semyon Slepakov qiyabi məhkum edildi: Cəzası açıqlandı  |     22:10 İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab  |     22:04 Gəncədə boğularaq öldürülən qadının (Fotosu)  |     21:56 Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı sorğunun nəticələri açıqlandı  |     21:50 Terri Day­son vəfat edib  |     21:43 Azərbaycan millisi Andorra ilə qarşılaşacaq  |     21:36 Bakıda dəmiryolu stansiyasının yaxınlığında çürümüş meyit TAPILDI  |     21:27 Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO  |     21:18 Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var  |     21:08 Bağlanan universitetin tələbələrinin aqibəti necə olacaq? - AÇIQLAMA  |     21:07 Heyvan satışı bazarının fəaliyyətinə icazə verildi - VİDEO  |     20:59 Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub  |     20:51 Krivoy Roqa dron hücumu: 6 ölü, 91 yaralı  |     20:48 Gəncədə 65 yaşlı kişi qətlə yetirildi  |    
Left Banner
Right Banner

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi keçiriləcək

06.02.2025 12:59 1 344
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi keçiriləcək
Günün ikinci yarısında hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası", onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq, digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Bu gün onların cinayət işi üzrə də məhkəmə istintaqın açıq elan ediləcəyi və prokurorun ittiham aktının nəticəvi hissəsini elan edəcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.скачать dle 11.3
Mojo.az Banner