53 mindən çox insanın ölümünə səbəb olan fəlakətdən 2 il ötür
2023-cü il fevralın 6-da qardaş ölkənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində 39 minə yaxın bina dağılıb, 107 mindən çox insan yaralanıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də olub.
Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət də məhz Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olublar.
Hazırda ölkəmiz tərəfindən Kahramanmaraşda aparılan bərpa işləri çərçivəsində Azərbaycan məhəlləsi salınır.
