Mojo.az Banner
11:20 4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb  |     11:10 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     11:05 Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu  |     23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |    
Left Banner
Right Banner

UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib

31.01.2025 12:49 858
UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
Avropada növbəti böyük futbol günündən sonra ölkələrin UEFA əmsallar cədvəli yenilənib.

UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu - VIII turunun matçları bəzi gözlənildiyi kimi, bəzi dəyişikliklərə səbəb olub.

Belə ki, Şotlandiya və Danimarka İsveçrəni keçib, İsveç isə Kipri arxada qoyub.

"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"a 0:3 hesabı ilə uduzması Azərbaycanın mövqeyinə təsir etməyib. Xal hesabı 19.625-ə bərabər olan ölkəmiz Avropada 28-ci pillədə qalıb.

Cari mövsümün qazancı 2.875 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ"ın hər biri 1.250 xal, "Sabah" 0.250 xal, "Sumqayıt" isə 0.125 xal əldə edib.

Cədvəldə bizdən öndə olan Bolqarıstanın aktivində 19.875 xal var, bizdən arxada olan Sloveniyanın isə 18.343 xalı var - öndəkilərdən fərqli olaraq, sonuncuların avrokuboklarda hələ iki komandası çıxışını davam etdirir.

Qeyd edək ki, cədvələ 106.624 xalla İngiltərə başçılıq edir.скачать dle 11.3
Mojo.az Banner