Mojo.az Banner
SON DƏQİQƏ
11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |     11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

UEFA əmsallar cədvəlində Azərbaycanın mövqeyinə "Qarabağ"ın məğlubiyyəti necə təsir edib?

29.08.2024 13:17 2 772
UEFA əmsallar cədvəlində Azərbaycanın mövqeyinə
Avropa ölkələrinin UEFA əmsallar cədvəlində müəyyən dəyişikliklər olub.

Buna avrokubokların pley-off mərhələsinin cavab oyunlarının ikinci gününün nəticələri səbəb olub.

Çempionlar Liqası və Avropa Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib. Serbiya və Slovakiya irəliləyişə nail olub.

"Qarabağ" evdə Xorvatiyanın "Dinamo Zaqreb"inə 0:2 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal hesabı dəyişməz qalıb. Cari mövsümdə ölkəmizin qazancı 2.125 xala bərabərdir. Ölkə reytinqi üçün "Zirə" 1.000 xal, "Qarabağ" 0.750 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" 0.125 xal töhfə verib.

Ölkəmizin cədvəldə tutduğu yer də dəyişməyib. Hesabında 18.875 xal olan Azərbaycan Avropada 26-cı pillədədir. Bizdən öncəki Kiprin (19.225) və sonrakı Bolqarıstanın (18.625) xalları da dəyişməz qalıb. Hər üç ölkənin xal ehtiyatı bugünkü oyunlardan sonra dəyişə bilər.

Qeyd edək ki, cədvələ İngiltərə (89.303 xal) başçılıq edir.скачать dle 11.3

Son xəbərlər