Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sədr müşaviri: "Ailə həkimləri yoxdur, ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır"

31.01.2025 11:49 666
Sədr müşaviri:
"Bizim əsas məqsəd və prinsiplərimiz müəyyənləşib".

Median.Az
APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

İsa Əliyev bildirib ki, ilkin səhiyyə xidməti əlçatan olmalıdır:

"İkinci məsələ əhatəlilikdir. Kəndlərdə neyrocərrahiyyə yarada bilmərik, amma əsas baza xidmətlərini orada da yarada bilərik. İlkin səhiyyə xidmətləri ambulator və stasionarla qarşılıqlı işləməlidir. İlkin səhiyyə xidmətində çalışan tibbi personalı vətəndaşın bələdçisi olmalıdır. İnsanlar həkimlərini tanıyır, onun məsləhətlərinə qulaq asır və onu tez-tez dəyişmir. İnsanlara optimal məsafədə müəssisələr yerləşdirilməlidir.

Biz tibb müəssisələrində doğru kombinasiyalı xidmət qurmalıyıq. Azərbaycanda bizə lazım olan kadrlar 40%, regionlarda 45-50% azdır. Tibb Universitetinin hazırladığı kadrlar bunu qarşılaya bilməyəcəklər. Bizim ailə həkimlərimiz üçün kurs keçilməlidir, bizim ailə həkimləri yoxdur. Bütün kəndlər üzrə biz araşdırmalar aparmışıq. Biz tərəfdən regionlarda 3000-dən artıq tibb məntəqəsi bina olaraq müəyyənləşdirilib və xəritələşdirilib.

Bu gün maliyyə əsasən ixtisaslı tibbi yardıma gedir, bu dəqiqə bizdə ilkin səhiyyə xidmətinə ayrılan vəsait çox aşağıdır".

Son xəbərlər