Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Bakıda Psixologiya Mərkəzində dava: İdman müəllimi hüquqşünası söyüb

29.01.2025 16:27 666
Bakıda Psixologiya Mərkəzində dava: İdman müəllimi hüquqşünası söyüb
Müasir Psixologiya Mərkəzində dava olub.

Median.Az
Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu Ağa Nemətulla küçəsi ərazisində yerləşən Müasir Psixologiya Mərkəzində qeydə alınıb.

1976-cı il təvəllüdlü Bakı şəhər sakini Sara Rəhimova mərkəzin hüquqşünası Vüsal Həsənovla mübahisə edib. Onların mübahisəsi davaya çevrilib.

Mərkəzdə müəllim vəzifəsində çalışan Sara Vüsalı söyərək təhqir edib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edilib.

Araşdırmalar zamanı Saranın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, mərkəzdə idman müəlliməsidir:

"Vüsalı isə bizə hüquqşünas kimi təqdim ediblər. Mərkəzin direktoru Azər müəllim işdə olarkən özümü pis etdim. Bu səbəbdən onun otağına gəldim, evə getməyə icazə istədim. Azər müəllim məndən uşaqları və valideynləri yola verməyimi xahiş elədi.

İkinci dəfə içəri girərək Azər müəllimə dedim ki, 13 ildir burada işləyirəm, heç vaxt icazə almamışam. Azər müəllimlə aramızda anlaşılmazlıq oldu, məni düz başa düşmədi. Həmin vaxt orada olan Vüsal isə dedi ki, sən bizə mane olursan. Onunla danışmadığımı söylədim. Bu zaman Vüsal kobud şəkildə mənə "çıx çölə" dedi. O, əvvəllər də iclaslarda mənə kobud münasibət göstərib.

Vüsal Azər müəllimin kabinetində məni küçə söyüşləri ilə təhqir etdi. Mən də dediklərini özünə qaytardım".

Zərərçəkmiş Vüsalın sözlərinə görə, mərkəzin direktoru Azər müəllimin iş otağında müzakirə apararkən Sara qapını döymədən içəri daxil olub, özünü pis hiss etdiyini deyib, evə icazə istəyib:

"Azər müəllim ona uşaqları yola verməyi tapşırdı. Sara otaqdan çıxdı. İkinci dəfə otağa daxil olaraq direktora: "Sən məni eşitmədin, deyirəm ki, özümü pis hiss edirəm", - söylədi.

Mən Saraya yaşlı adamla belə danışdığına görə irad tutdum. Sara: "Sən mənim üçün heç kimsən", - dedi. Mənə və ailə üzlərimin ünvanına küçə söyüşləri söyməyə başladı".

Bu inzibati işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Sara 50 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, işdə adı hallanan Sara Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızıdır.скачать dle 11.3
Mojo.az Banner