Mojo.az Banner
23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |     22:12 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:07 Türkiyədə rekord məbləğdə cərimələnən sürücüdən gözlənilməz addım  |     21:59 Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO  |     21:53 Mərdəkanda faciə: Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi xilas edildi  |     21:45 Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı  |     21:40 FHN "Shopstore" MMC barəsində protokol yazdı, məhkəmə cərimə kəsdi  |     21:34 Səbuhi Rəcəb 8 il 2 ay müddətinə azadlıqdan məhrum edildi  |     21:29 Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?  |     21:20 Ən çox məhsul istehsal edən rayonlarımız (TAM SİYAHI)  |     21:16 Sabah çimərliklərdə hava necə olacaq?  |     21:11 "Hakimə çatacaq" deyib 154 min manatdan çox pul aldı  |     21:04 Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi  |    
Left Banner
Right Banner

23 il əvvəl Şeyx Şamilin büstünü partladan ömürlük məhkum qardaşlar yenidən məhkəməyə üz tutdular

27.01.2025 17:09 699
23 il əvvəl Şeyx Şamilin büstünü partladan ömürlük məhkum qardaşlar yenidən məhkəməyə üz tutdular
Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən İlham və Emin Baqqayev qardaşları yenidən məhkəməyə üz tutublar.

Median.Az
"Report"a istinadən xəbər verir ki, qardaşlar barələrindəki qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Onların kassasiya şikayətinə ayrıca icraatda baxılacaq.

Xatırladaq ki, qardaşlar bir müddət əvvəl Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 20 ildən artıqdır cəza çəkdiklərini, barələrindəki hökmlərin müddətli cəzaya dəyişdirilməsini və azadlığa buraxılmalarını xahiş ediblər.

Qaradağ Rayon Məhkəməsi hər iki qardaşının müraciətini təmin etməyib. Qərardan narazı qalan ömürlük məhkum qardaşlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi də ömürlük məhkum qardaşlarla bağlı Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 2001-ci il avqustun 19-da naməlum şəxslər Zaqatala Rayon Polis Şöbəsinin qarşısında xidmət aparan polis əməkdaşlarını avtomat silahlardan atəşə tutublar. Nəticədə 5 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polisin açdığı cavab atəşindən sonra silahlı cinayətkarlar hadisə yerindən qaçıblar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd olunan bu ağır cinayəti təxribatlar törətmək, milli zəmində münaqişə yaratmaq və beləliklə, bölgədə sabitliyi pozmaq məqsədi ilə iyulun 30-da daxili qoşunların Zaqatala rayonunun Qala adlanan ərazisində yerləşən hərbi hissəsinin növbətçi hissəsinə silahlı hücum edən, avqustun 17-də həmin rayonun Car kəndindəki Şeyx Şamilin büstünü partladan cinayətkar qrupun üzvlərindən Zaqatala rayonunun Kebeloba kənd sakinləri - İlham Baqqayev, Emin Baqqayev, Emin Mollayev, Qurban Həsənov, İslam Xiniyev, Abdulhəmid və İbrahim Bulayevlər və digər şəxslər müəyyən olunublar.

Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Milli Təhlükəsizlik Nazirliyinin birgə əməliyyatı zamanı hadisələri törətməkdə şübhəli olunan 23 nəfər tutulub.

İstintaqla müəyyən edilib ki, 3 nəfərin ölümü, 7 nəfərin ağır yaralanması, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin məhv edilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsində başlıca məqsəd respublikada ictimai-siyasi sabitliyi pozmaq, bu bölgədə etnik münaqişə ocağı yaratmaq, separatizm meyillərini qızışdırmaq olub. Cinayətkar dəstənin ayrı-ayrı üzvləri bu məqsədlə İrəvanda və Rusiyanın müxtəlif şəhərlərində Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb, onlardan gizli təlimat, pul, silah, döyüş sursatı alıblar.

Qanunsuz silahlı qrupun əsas rəhbərlərindən olan Emin Mollayev, İlham və Emin Baqqayev qardaşları ömürlük, Nəcməddin Məmmədov və Şaban Buşdiyev 15 il, Fazil Davudov 13 il, Soltan Qazıxanov 11 il, Qurban Həsənov 10 il, digərləri isə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq prosesində 16 nəfər barədə axtarış elan olunub.скачать dle 11.3
Mojo.az Banner