Mojo.az Banner
21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |     20:41 "Bitcoin" sürətlə bahalaşır  |     20:34 Naxçıvanda bu qurum ləğv edildi  |     20:29 Bu işlə məşğul olanlar 200 manat cərimə ediləcək  |     20:22 Generalın oğlu işdən çıxarıldı  |     20:17 Təbii kürünü saxtasından necə ayıraq? - AQTA aydınlıq gətirdi  |     20:10 Gəncədə bağçada biabırçılıq - Tərbiyəçi azyaşlıları təhqir etdi (İDDİA- VİDEO)  |     20:04 Qanunsuz mərc oyunları ilə bağlı xaricə ödənişlərin qarşısı alınmalıdır  |     19:56 Kruiz gəmisində yayılan virus bu ölkədə də aşkarlandı  |     19:51 Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı  |     19:43 "Dr. Gülü" xəstəxanaya yerləşdirildi - AÇIQLAMA  |     19:37 Qarabağ ermənisinə Rusiya pasportu verildi  |     19:30 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:25 Büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb  |     19:16 Şəkidə avtomobil aşdı - Ölən və yaralananlar var  |     19:11 Anasını qətlə yetirən şəxsin məhkəməsi başladı  |     19:02 Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI  |     18:57 Dövlət köçürülən cərimələrə nəzarəti artırdı  |    
Left Banner
Right Banner

Türkiyədə dəhşətli hotel yanğınının səbəbi məlum oldu: Aşpaz və mətbəx işçiləri həbs olundular

27.01.2025 15:13 1 275
Türkiyədə dəhşətli hotel yanğınının səbəbi məlum oldu: Aşpaz və mətbəx işçiləri həbs olundular
Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək kurortundakı "Grand Kartal" hotelində baş verən və 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma davam edir.

Araşdırma çərçivəsində yanğının necə başladığı ilə bağlı detallar məlum olub.

Bu barədə Median.Az "Sabah" nəşrinə istinadən xəbər verir.

İstintaq zamanı əldə edilən məlumata görə, yanğın aşpazların səhər yeməyi hazırladıqları zaman başlayıb. Hotelin restoran hissəsində gecə saat 3:21-də baş verən yanğından əvvəl restoran işçiləri yemək hazırlamaq üçün plitəni yandırıblar. Uzun müddətdir yanılı qalan və qızan cihazın üzərinə qaynar yağ tökülüb.

Mətbəxdən alovların yüksəldiyini görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyiblər. Lakin yanğınsöndürən balon əvəzinə cihazın üstünə su töküblər. Qızğın yağ su ilə təmas etdikdə isə alovlar daha da böyüyüb və ətrafa yayılıb. Daha sonra isə alov tüstü bacasına keçib və oradan da dam örtüyünə yayılaraq bütün hoteli bürüyüb.

Mətbəx işçiləri qorxaraq çölə qaçıblar, lakin yanğın siqnalizasiyası işləmədiyi üçün hoteldə qalanlar bundan xəbər tutmayıblar.

Yanğına ehtiyatsızlığa görə səbəb olduqları üçün adları çəkilən 4 işçi həbs edilib və cəzaçəkmə müəssisəsinə göndərilib.

Yanğından xilas olan hotel aşpazı Mustafa Serbest hadisə ilə bağlı kədərini dilə gətirib və cəhənnəmi yaşadıqlarını bildirib.

"Orada ölüm-dirim mübarizəsi gedirdi. Qışqırıq səsləri eşidilirdi, hər yer tüstü idi. Cəhənnəmi yaşadıq. Hoteldə yanğın detektoru var idi, amma işləmirdi. Mən yanğınsöndürən balon görməmişəm. Bildiyimə görə, baş aşpazın kabinetinin qarşısında var idi. Hoteldə sulama sistemi də yox idi. Əslində yanğın pilləkənləri var idi, amma ondan işçilər istifadə edirdilər. Xəbərdarlıq lövhələri var idi, amma işıqlandırma kifayət qədər deyildi. Yanğın pilləkənlərinin qapısı taxtadan idi. Yəqin ki, qapılardan biri yanıb və tüstü də içəri dolub", - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner