Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avstraliya Açıq Çempionatının qadınlar arasında qalibi məlum oldu

25.01.2025 18:11 1 464
Avstraliya Açıq Çempionatının qadınlar arasında qalibi məlum oldu
Avstraliyanın Melburn şəhərinin kortlarında baş tutan tennisçilər arasında mövsümün ilk "Böyük Dəbilqə" (BD) turnirinin qadınlar arasında qalibi məlum olub.

Median.Az
çempionatın rəsmi saytına istinadən xəbər verir ki, Avstraliya Açıq Çempionatının final görüşündə dünyanın birincisi Arina Sabalenka (Belarus) turnirin 19-cu raketkası Medison Kizlə (ABŞ) üz-üzə gəlib.

Əfsanəvi Rod Leyverin adını daşıyan mərkəzi kortda baş tutan görüş Kizin 3 setdə qələbəsi ilə başa çatıb - 2:1 (6:3, 2:6, 7:5). Beləliklə, 29 yaşlı tennisçi karyerasında ilk BD Kubokunu qazanıb.

Qeyd edək ki, Sabalenka Melburnda əvvəlki iki turnirin qalibi olmuşdu və ardıcıl 3-cü qələbəsinə çox yaxın olub.

Xatırladaq ki, turnirin kişi raketka ustaları arasında final görüşü sabah baş tutacaq. Turnirin son qarşıdurmasında dünya reytinqinin ilk iki tennisçisi - italiyalı Yannik Sinner və almaniyalı Aleksandr Zveryev üz-üzə gələcəklər.

Son xəbərlər