Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" |
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi

23.01.2025 20:44 807
Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "İnnovasiya və əməkdaşlıq vasitəsilə dayanıqlılığın sürətləndirilməsi" mövzusunda tədbirdə iştirak ediblər.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.

Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.

Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış etməyə, əməkdaşlıq qurmağa çağırıb.

Qeyd edək ki, dövrün ən aktual problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri, innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri çıxış edib.

Son xəbərlər