Mojo.az Banner
21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |     20:47 Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb  |     20:42 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı  |     20:34 Makronun ögey qızı özündən 20 yaş kiçik tələbə ilə sevgili oldu  |     20:29 Ədliyyə İdarəsi Qusarda bələdiyyə sədrini cərimələdi  |     20:21 Atdığı daşa görə 1 aylıq həbs edildi  |     20:13 Aygünlə Namiqdən yeni duet və klip: Nə vaxt təqdim olunacaq?  |     20:08 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər  |     20:00 Sakinlər təşvişdə: Binanın döşəmə və tavanı hər an uça bilər (VİDEO)  |     19:55 Diş məcunu və süngər: Yapon manikürünü evdə necə etmək olar?  |     19:49 Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur  |     19:40 Messinin 10 nömrəli formasını o geyinəcək  |     19:35 Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib  |     19:28 Azərbaycanda vəkil cərimələndi  |    
Left Banner
Right Banner

Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər

15.01.2025 21:26 747
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər
Dələduzlar növbəti dəfə aparıcı İlkin Həsənini hədəfə alıblar.

Sfera.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. İlkin bildirib ki, dələduzlar mərhum aktyor Azər Baxşəliyevə yardım etmək məqsədi ilə onu aldatmağa çalışıblar:

"Bilirsiniz ki, bir neçə gün əvvəl dostlar olaraq çox həssas və çətin günlər yaşamışıq. Çox təəssüf ki, bu zaman ərzində şərəfsiz insanlarla da tanış ola bildik. Bəziləri insanlığını itirərək hansı yollara əl atırlar.

Deməli, xətəxanadayıq və hər kəs gərginlik içindədir. Hamı həkimlərdən bir xəbər gözləyir. Və mənə Rusiya nömrəsindən zəng gəlir. Seyid adlı bir şəxs bildirir ki, biz Azərin tamaşaçılarıyıq, onu çox sevirik, pis olmuşuq. Belə bir məqamda ona dəstək göstərmək istəyirik. Bildirdim ki, ehtiyac yoxdur, ailəsi belə buna imkan verməz. Heç dostlarına belə imkan vermirlər nəsə etsinlər. Sizə də ehtiyac yoxdur. Bir az keçir və bu adam yenidən zəng edir və deyir ki, siz istəməsəniz belə biz kömək etmək istəyirik. Gördüm ki, adam inadkarcasına bu məsələnin üzərində dayanıb. Soruşdum ki, nə etmək istəyirsiniz? Dedi ki, biz Rusiyada yaşayan bəzi həmyerlilər və guya diaspora ilə əlaqəsi olan azərbaycanlılar 1000, 2000, 3000 dollar toplayıb, Azərə ümumilikdə 10 min dollar dəstək olmaq istəyirik. Mən də beynimdə fikirləşdim ki, bu məbləğ də ailəyə bir dəstək ola bilər. Yadıma düşdü ki, gecə saat 2 reysi ilə Moskvadan Samir adlı dostumuz Azərə görə Azərbaycana gəlir. Bu iki şəxsi əlaqələndirdim. Onlar telefonla danışdılar, hər şey həll olundu. Samir mənə zəng edib dedi ki, bir az sonra dediklərinə görə pulu göndərəcəklər.

Bir az keçdi və bu insan yenidən zəng etdi. Dedi ki, artıq hər şeyi danışmışıq, adam gəlib çatdı və pulu da göndərirəm. Bizdən də çoxlu salam çatdırarsınız. Dua edirik, çox pis olmuşuq. Ailəm də Azərbaycana gəlir, onlara da tapşırmışam ki, sizə baş çəksin. Nə lazımdırsa, ailəm də yerindəcə həll edəcək. Bir az keçdi və yenidən bir zəng gəldi. Dedi ki, ailəm gəlib, Azərbaycanla sərhəddədir, quru yollarla gəlir. Quru yollar deyəndən sonra şübhələnməyə başladım. Deyir ki, ailəmin kartları bloklanıb, sadəcə olaraq Azərbaycana məxsus bank kartı çalışır. Xahiş edirəm bu karta 200 manat pul göndər, ailəm Azərbaycana keçəndən sonra əvəzləşərik. Bunu eşidəndən sonra o qədər pis vəziyyətə düşdüm ki... Bu məqamda da istifadə də etmək olmaz. Bu, şərəfsizlikdir.

Keçdim kənara ki, bu insana öz ürək sözlərimi bildirim. Bir neçə dəqiqə sonra gördüm ki, o insan mənə yazdığı bütün mesajları silib və qara siyahıya atıb. Məndən sonra isə pulu göndərəcəyi Samirə də zəng edib deyib ki, İlkin telefonuma cavab vermir, təcili mənə 200 manat pul lazımdır. Göndərin ki, bu məsələni tez bir zamanda həll edim. Samir də ayıq-sayıq olub, ona ürək sözlərini bildirərək yola salıb.

Az qala mənim başıma gələcəkdi. O insana artıq inanmışdım. Beynimdə müəyyən planlar qurmuşdum. Fərəhlənmişdim ki, dostumuzun belə tamaşaçıları var. Amma təəssüf ki, o tamaşaçı düşündüyüm qədər yaxşı olmadı. İstəməzdim ki, bu hal kiminsə başına gəlsin. Bu məqamlarda belə şərəfsiz insanlar vəziyyətdən istifadə edə bilərlər".

Qeyd edək ki, ötən ilin dekabrında dələduzlar İlkin Həsəninin adından istifadə edərək onun dostlarından vatsap vasitəsi ilə pul istəmişdilər.скачать dle 11.3
Mojo.az Banner