Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb

13.01.2025 22:26 891
Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb
İran əsilli Almaniya vətəndaşı Nahid Təqəvi İslam Respublikasında həbsdən azad olunub.

Median.Az "Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Nahid Təqəvinin qızı Məryəm Klaren instaqram səhifəsində paylaşıb.

Məryəm Klaren yazıb: "Anam, nəhayət evə gəldi”.

Məlumata görə, Almaniya vətəndaşı olan 69 yaşlı Nahid Təqəvi 2019-cu ilin oktyabrında Tehrandakı evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ümumilikdə min saatlıq istintaq zamanı ona 80 sual verilib, təzyiqlər edilib.

O, İran İnqilab Keşikçiləri Korpusunun təcridxanasında 200 gün təkadamlıq kamerada saxlanılıb. Hakim İman Əfşarinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Nahid Təqəvini "qanunsuz qruplaşmanın idarə olunmasında iştirak" və "rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə 10 il 8 ay müddətinə azadlıqdan məhrum edib. O artıq cəzasının yarısını çəkib.

Son xəbərlər