Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular

09.01.2025 14:06 1 482
ABŞ-də güclü yanğın: Azərbaycanlılar Bakıya qayıtmağa məcbur oldular
Yanvarın 7-də ABŞ-nin Los-Anceles şəhərində meşə yanğını başlayıb. 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

"Pasifik Palisades" adlı nüfuzlu yaşayış massivindəki yanğın sahəsi 65 kvadrat kilometrə çatır.

Yanğın nəticəsində 5 nəfər həyatını itirib. Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb.

Ərazidə yaşayan Hollivud aktyorları da evlərini tərk etməyə məcbur qalıblar. Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var. Qeyd edək ki, yanğınla əlaqədar Bayden İtaliyaya səfərini təxirə salıb və ərazidə fövqəladə vəziyyət elan edilib.

Median.Az Modern.az-a istinadən xəbər verir ki, yanğın baş verən ərazidə yaşayan azərbaycanlılar da var. Onların bəzisi artıq ərazidən təxliyə edilib.

Los-Anceles sakini olan azərbaycanlı Aqil Qurbanov açıqlamasında bildirib ki, Los-Anceles tərəfdən 15-20 min nəfər evakuasiya olunub:

"Yanğın geniş bir ərazini əhatə edib. Yanğın 3 tərəfdən başlamışdı, artıq 5-6 tərəfə yönəlib. Əsas yanğın deyil, onun səbəb olduğu tüstünün verdiyi zərərverici qazlardır. Xüsusilə də 15-20 min nəfər Los-Anceles tərəfdən evakuasiya olunub. Hərə bir tərəfdə yaşayır. Buna görə də nə qədər azərbaycanlıya ziyan dəydiyi bilinmir. Hələ heç bir məlumat yoxdur. Evakuasiya olunanlar arasında azərbaycanlılar var. Dostlarımız, tanışlarımız var ki, zəng edib onlarla maraqlanırıq".

Aqil Qurbanov yanğınla əlaqədar artıq bir ailənin Bakıya qayıtdığını söyləyib:

"Telefonlara ərazidən evakuasiya barədə mesajlar yollanır. Məcburi evakuasiya olunma ilə bağlı mesaj olduqda artıq orada qalmaq mümkün deyil. Çünki bu, artıq dövlət tərəfindən göstərişdir. "Evakuasiyaya hazır olun!" - mesajı isə xəbərdarlıq xarakteri daşıyır. İkinci tip mesajda havada tüstünün və qaz həcminin çox olduğu qeyd edilir. Belə olanda insanlar ərazini tərk etmək istəyirlər ki, tıxaca düşməsinlər.

Bir neçə azərbaycanlı ailə ərazidən evakuasiya olundu. Daha doğrusu, onlara gələn mesajdan sonra özləri daha təhlükəsiz əraziyə köçdülər. Hətta bir azərbaycanlı ailə Bakıya qayıtdı. Bu ailə onsuz da Bakıya qayıdacaqdı. Lakin yanğın onları narahat etdi və Bakıya uçuşu daha da tezləşdirdilər. Mənim yaşadığım ərazidə hələ evakuasiya ilə bağlı mesaj gəlməyib, ona görə də hələ buradayam. Havada tüstünün həcmi çoxdur. Hava o qədər pis olmasa da, bunu hiss edirsiniz. Sanki Novruz bayramında Bakıda tonqal qalanıb və hər yerdən tüstü iyi gəlir".скачать dle 11.3
Mojo.az Banner