Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada miqrantlar işdən azad olunur  |     22:52 Şəmkirdə "Niva" yanıb  |     22:47 Bakıda yarım milyonluq maşına görə 300 manat cərimə yazıldı  |     22:40 Mobil telefon rabitə sahəsində əldə olunan gəlirlər 23 milyon manatdan çox artıb  |     22:34 VÖEN-i necə aktivləşdirmək olar?  |     22:28 Lənkərandakı Dairəvi qalanın bərpası üçün satınalma proseduru başlanılıb  |     22:20 Bakıdakı məşhur restoran cərimələndi  |     22:15 AAAF Park-da oğurluq: Mənzildən soyuducu və paltaryuyan, anbardan bilyard oğurlandı  |     22:09 Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?  |     22:00 BMT-nin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı  |     21:52 İranlı milyonçu qadın Bakıda aldadılıb - "3 milyonumu mənimsəyiblər"  |     21:46 Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Qiymət 35% bahalaşıb  |     21:37 Bu 5 peşəni süni intellekt əvəz edə bilməyəcək - Daim tələbat olan iş sahələri  |     21:30 Marketlərdə 40, köşklərdə 80 qəpik - Fərqin səbəbi nədir?  |     21:24 Dənizkənarı Milli Parkda Türkmənistan Kulinariya pavilyonu təqdim olunub  |     21:18 Hərbi hissə və bölmələrdə nümayiş məşqləri keçirilib - Video  |     21:12 Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB  |     21:03 Son doqquz ayda Naxçıvanda 31 nəfər dəm qazından zəhərlənib, 2-si ölüb  |     20:58 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub  |     20:44 Astarada heyvanlar arasında dabaq xəstəliyi yayılıb, AQTA zəruri tədbirlər görüldüyünü bəyan edib  |    

Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu

Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum olub

Median.Az
"Trend"ə istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin olunub.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən dekabrın 16-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. İş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədri Zeynal Ağayevin icraatına verilib.

Baş Prokurorluğun Mətbuat Xidməti Ermənistan Respublikası və onun silahlı qüvvələri, Ermənistan Respublikasının bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.

Bildirilir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.

Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.

Təqsirləndirilən şəxslər vəkillə təmin ediliblər.

Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.

Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 06.01.25 18:04