Mojo.az — elanlar
Son Xəbərlər
22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Roma Papasını təbrik edib

23.12.2024 12:03 1 239
Prezident İlham Əliyev Roma Papasını təbrik edib
Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

Median.Az
President.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-müqəddəsləri, Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı anlaşmanı, dəstəyi və birliyi tərənnüm edir. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhvali-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq. Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı, ilk növbədə xalqımızın təbii yaşam tərzidir.

Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz, eyni zamanda, dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir.

Zati-müqəddəsləri, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkürümü bildirir, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini daim yüksək dəyərləndirdiyiniz üçün minnətdarlığımı ifadə edirəm.

Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı səmərəli əməkdaşlıq bundan sonra da dünyada dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub-saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz və qarşıdan gələn Yeni, 2025-ci il münasibətilə də ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

Son xəbərlər