Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

"İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi

19.12.2024 19:18 939
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Əşrəf Əliağa oğlu Əşrəflinin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Median.Az
"Unikal"a istinadən xəbər verir ki, təhsil eksperti kimi tanınan Əşrəf Əşrəfli 4 nəfərə qarşı dələduzluqda ittiham olunur. İlk olaraq təqsirləndirilən və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs Əşrəf Əşrəfli cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Həmçinin Nəsib Həsənova 900 manat ziyan vurulub və cəlbetmə müddəti keçdiyi üçün həmin epizoda xitam verilməsini istəyib. Özünü isə heç bir epizodda təqsirli bilməyib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra məhkəmə prosesini dekabr ayının 26-na kimi təxirə salınıb.

İttiham aktına görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan 34 min manat alıb ki, onu Tibb Universitetinə tələbə kimi qəbul edəcək. Digər zərərçəkən Səbinə Abdullayeva isə övladını İspaniyada universitetə qəbul etdirmək üçün Əşrəf Əşrəfliyə 5100 manat pul verib. Səbinə Abdullayeva çıxış edərək bildirib ki, Əşrəf orta ixtisas təhsili ilə 2 diplomlu müəlliməni aldatdı, naxçıvanlı olmaqla deyil.

Xatırladaq ki, Əşrəf Əşrəfli bundan qabaqda Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib.

Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı "set.az", "ashrafli.az", "xaricde.com" saytları və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən "Ş.Group", "AConsalting.az", "Press.Legal", "İHA.AZ", "SET" xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib.

Son xəbərlər