Mojo.az Banner
19:37 Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     19:30 600-dən yüksək bal toplayan bacılar eyni universiteti seçdilər  |     19:25 Lavrov onu "fürer" adlandırdı  |     19:16 "Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova  |     19:11 Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı  |     19:04 Bakıda bəzi marşrutların qiyməti artacaq  |     18:58 Şuşada turistlər qaya daşlarının üzərini yazıblar  |     18:43 "Zirə" kot-d'ivuarlı vinger transfer etdi - FOTO  |     18:35 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ  |     18:33 Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - VİDEO  |     18:32 Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA  |     18:17 Qusarda təcili yardım avtomobili qəzaya uğradı  |     18:03 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək  |     17:45 İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib  |     17:25 Boş plan yerlərinə qəbul olanlara vacib XƏBƏR  |     17:02 Qaçırdığı qızla günlərlə maşında gecələdilər: Həbs edilən var  |     16:51 Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək  |     16:32 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ  |     16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |    
Left Banner
Right Banner

KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb

17.01.2025 21:13 1 071
KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb
Vəzifəli şəxsin evindən külli miqdarda oğurluqda təqsirləndirilən Məmmədova Ruhiyyə İdris qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilən Ruhiyyə Məmmədovanın anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, R. Məmmədova əvvəllərdə oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. 3 övladı var, evdar xanımdır.

Cinayət işində zərərçəkən qismində tanınan Əmir Şirinbəyli hazırlıq iclasında iştirak etməyib.

Anket məlumatlarına görə, Ə. Şirinbəyli Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini vəzifəsində çalışır.

Hakim Telman Hüseynov anket məlumatlarını dəqiqləşdirdikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Dövlət ittihamçısı Valeh Ələkbərov işin məhkəmə baxışına verilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı təklif irəli sürüb.

Hakim korpusu müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edib.

İttiham aktına görə, Ruhiyyə Məmmədova Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.

Qeyd edək ki, təqsirləndirilən şəxs Ruhiyyə Məmmədova baş vermiş cinayət əməlində özünü təqsirli bilib.

Məhkəmə prosesi 31 yanvar tarixinə kimi təxirə salınıb.
скачать dle 11.3
Mojo.az Banner