Mojo.az Banner
19:42 Sabah Bakıda yağış yağacaq  |     19:37 İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi  |     19:30 Koxalski hansı kluba gedir? - “Qarabağ”a ödəniləcək təzminat bəlli oldu  |     19:24 Dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarılıb  |     19:15 Həyətində narkotik yetişdirən şəxs tutuldu  |     19:10 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb  |     19:03 Göyçayda 3 aylıq körpə anasının qucağından yıxılıb öldü  |     18:57 Azərbaycanda xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək  |     18:49 “Vətən müharibəsi” ordenli Rəşid Qasımov 102 yaşında vəfat edib  |     18:43 Bu müəllimlərin maaşı arta bilər - Şöbə müdiri açıqladı  |     18:35 Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO  |     18:21 Binəqədi rayonunda yanğın başladı  |     18:11 Bakıda 19 istiqamətdə sıxlıq var  |     18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |    
Left Banner
Right Banner

Ucarda kabelləri oğurlayan qohumlar saxlanılıblar

18.12.2024 12:31 1 371
Ucarda kabelləri oğurlayan qohumlar saxlanılıblar
Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rabitə dirəklərindən ümumi dəyəri 10 000 manata yaxın olan TPP tipli kabel oğurlayan rayon sakinləri Vüsal Fərzəliyev, Nicat Cəfərov və Sənan Cəfərov saxlanılıblar.

Araşdırma zamanı adıçəkilən şəxslərin noyabr-dekabr ayları ərzində Ucar şəhəri və üç kəndi ərazisində olan rabitə dirəklərindən 2400 metrdən artıq kommunikasiya kabellərini kəsdikləri, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrinə satdıqları və əldə etdiyi pulları öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb. V.Fərzəliyevin, N.Cəfərovun və S.Cəfərovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.скачать dle 11.3
Mojo.az Banner