Mojo.az Banner
23:03 Şağanda otluq sahədəki yanğın söndürüldü  |     22:58 Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO  |     22:52 14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı  |     22:47 Yunanıstan Azərbaycandan neft idxalını artırdı  |     22:39 Dələduzluq edən altı nəfər saxlanıldı  |     22:33 Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO  |     22:28 Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu  |     22:21 Bakıda marketdən 5 min manatlıq oğurluq edilib  |     22:16 DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu (VİDEO)  |     22:10 Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO  |     22:02 Sabirabadda 54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı  |     21:54 "Qarabağ" yeni formalarını təqdim etdi - VİDEO  |     21:49 Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan çənəsindən bıçaqlandı  |     21:41 Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı  |     21:35 Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi  |     21:30 "Sabah" TNS-lə görüşdə hesabı açdı - CANLI  |     21:19 “Seltik” “Qarabağ”la razılığa gəldi  |     21:12 Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi  |     21:07 Pensiya alanlara şad xəbər  |     20:59 Rusiyada 14 il əvvəl törədilmiş cinayətlər üzrə ibtidai istintaq tamamlandı  |    
Left Banner
Right Banner

Ötən ay bahalaşan və ucuzlaşan məhsullar

11.12.2024 18:09 1 890
Ötən ay bahalaşan və ucuzlaşan məhsullar
2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 104,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 faiz, qeyri-qida məhsulları üzrə 102,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,0 faiz təşkil edib.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin noyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib.

Noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon, notbuk və məişət cihazlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,8 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma, əsasən, tibbi laboratoriya xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.скачать dle 11.3
Mojo.az Banner