Mojo.az Banner
20:40 Bu rayonlarda subartezian quyuları təmir ediləcək - SİYAHI  |     20:39 Yunanıstan Azərbaycandan neft idxalını artırıb  |     20:28 TƏBİB-dən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA  |     20:23 Bu şəhər yeni Dubaya çevrilə bilər: Dəbdəbəli istirahəti harada axtarmaq olar?  |     20:08 MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə  |     20:06 Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir  |     19:57 Əli Baxışov Avropa çempionatında ikinci oldu  |     19:45 Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib  |     19:33 Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO  |     19:24 Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:14 Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı  |     19:06 Reperin qətli müxalifəti yeraltına çəkdi - Afrika ölkəsində nə baş verir?  |     18:57 Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz TƏMİR OLUNACAQ  |     18:54 Vəzifəli şəxslər cərimələndi  |     18:49 Gəncədə 49 yaşlı qadın evində qətlə yetirildi - Oğlu şübhəli bilinir  |     18:47 Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO  |     18:32 Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir  |     18:30 Xocavənddə mina partlayışı: Xəsarət alan var  |     18:17 Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi  |     18:10 İsveçdə məktəbə silahlı hücum: Xəsarət alanlar var  |    
Left Banner
Right Banner

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

10.12.2024 19:34 1 674
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan, bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner