Mojo.az Banner
22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib

09.12.2024 20:47 1 923
Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib
Nazirlər Kabineti “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, müfəttiş heyətinin hazırlığı ilə bağlı təlim proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiq ediləcək. Təlim proqramı hazırlanarkən müfəttişlərin yoxlama həyata keçirəcəkləri sahələrin personalına münasibətdə kvalifikasiyasının yuxarı və ya ən azı eyni həddə saxlanılması ilə bağlı tələblər nəzərə alınmalıdır.

Bundan başqa, hər bir şəxs aviasiya təhlükəsizliyi üzrə müfəttiş kimi səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl “Doc 8973, aviasiya təhlükəsizliyi üzrə Təlimat”la müəyyən edilmiş ilkin hazırlıq təlimi keçməlidir. İlkin hazırlıq təlimi Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Avropa Mülki Aviasiya Konfransı (ECAC), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) və Agentlik tərəfindən tanınmış aviasiya təhlükəsizliyi üzrə digər beynəlxalq və yerli tədris mərkəzləri tərəfindən keçirilir və təlimin yekununda sertifikat təqdim ediləcək.

Həmçinin, aviasiya təhlükəsizliyi üzrə müfəttiş sertifikatı əldə etmiş işçilər müstəqil şəkildə yoxlamalar aparmaq üçün sayı 5-dən az olmayan yoxlamada iştirak etməklə təcrübə keçir. Müfəttişin yoxlamalar zamanı fəaliyyəti yoxlama rəhbəri kimi təyin edilmiş qrup rəhbərinin rəyinə əsasən təcrübənin qiymətləndirilməsini və müfəttişin müstəqil şəkildə vəzifə öhdəliklərinin icrasına icazə verilməsini müəyyən edir.

Təcrübə müsbət qiymətləndirilməzsə, bu Qaydaların 4.3-cü bəndindəki prosedur yenidən həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner