Mojo.az Banner
19:35 Sabah Zərdabda su kəsiləcək  |     19:30 Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO  |     19:24 Meğrinin meri həbs edildi  |     19:15 Bakıda ana qolları olmayan körpəsindən imtina etdi - RƏSMİ (FOTO)  |     19:09 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - VİDEO  |     19:01 “Kəpəz”in kapitanı zədələndi  |     18:53 Vulkan püskürdü, jurnalistlər itkin düşdü  |     18:49 “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi  |     18:47 Sabah Bakıda yağış yağacaq  |     18:40 Bakıda motosiklet qaçırıldı  |     18:35 "Avropa Putinlə dialoqa hazırdır" - Vadeful  |     18:26 “Göydən daş yağır” – "Sac İnşaat"dan ŞİKAYƏT (VİDEO)  |     18:21 Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu  |     18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |    
Left Banner
Right Banner

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir

04.12.2024 20:29 1 227
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir
Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında dəyişiklik edilir.

Bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna dəyişikliklər təklif olunur.

Təklifə əsasən, komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılması nəzərdə tutulur.

Həmçinin, dəyişikliyə görə, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda ve idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.
//reportскачать dle 11.3
Mojo.az Banner