Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ |
Mojo.az Avto
Mojo.az Avto

"COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yollar açıqlanıb - Siyahı

02.12.2024 21:13 1 110
İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş "COP29 xüsusi hərəkət zolaqları” tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinir. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunur və sürücülər bu zolaqlara daxil ola bilərlər.

AYNA  "COP29 xüsusi hərəkət zolaqları" qüvvədən düşən yolları açıqlayıb.

Bildirilib ki, Zuğulba şosesi, Gülarə Qədirbəyova küçəsi, Hava limanı şosesi, Heydər Əliyev prospekti, Niyazi küçəsi, Bülbül prospekti, İstiqlaliyyət, Mehdi Hüseyn, Koroğlu Rəhimov küçələri, Salyan şossesi, Zığ şossesi, Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməyədək, Böyükşor yol qovşağının üzəri, Y.Səfərov küçəsi ilə 28 May - Ü.Hacıbəyli küçəsinin kəsişməsinədək, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi ilə Dairəvi yol-Parlament prospekti, Həsən Əliyev küçəsilə Ataturk prospekti - Əhməd Rəcəbli küçələrinin kəsişməsi, Mirzaağa Əliyev küçəsi ilə A.Şaiq küçəsi- Azərbaycan prospektinin kəsişməsi, Mikayıl Üseynov küçəsi Azneftdən Bayraq meydanı istiqamətində, Bünyad Sərdarov küçəsi, H. Seyyidbəyli-İstiqlaliyyət küçələri ilə kəsişməyədək, Həsən Seyidbəyli və N. Nərimanov prospekti-B. Sərdərov küçəsi ilə kəsişməyədək, Şeyx Şamil küçəsi Mehdi Hüseyn - İstiqlaliyyat küçəsi ilə kəsişməyədək, Xocalı prospekti Yusif Safarov küçəsi - İzzət Orucov küçəsi ilə kəsişməyədək olan hissələrdə 5.9 yol nişanlarının çıxarılıb və zolaqlar qüvvədən düşüb.

Hazırda yalnız 5.9 yol nişanlarının mövcud olduğu zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağandır.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.

Son xəbərlər