Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ Universitetinin dekanı: Birillik fəaliyyətimiz dövründə bir çox uğurlara imza atmışıq

30.11.2024 19:26 804
Qarabağ Universitetinin dekanı: Birillik fəaliyyətimiz dövründə bir çox uğurlara imza atmışıq
Birillik fəaliyyətimiz dövründə bir çox uğurlara imza atmışıq.

Bunu reportun Qarabağ bürosuna açıqlamasında Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə deyib.

“Bir il öncə 27 noyabr tarixində prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universiteti yaradıldı və biz artıq 1 ildir Qarabağ Universiteti olaraq fəaliyyət göstəririk. Birillik fəaliyyət dövrü çərçivəsində "Qarabağ Universiteti"nin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər. Onların içərisində qaliblər də var", - T.Qasımzadə bildirib.

Onun sözlərinə görə, İncəsənət fakültəsi olaraq Qarabağ Universitetində ölkənin ən peşəkar müəllimləri və çox gözəl tələbə heyəti ilə fəaliyyətə başlayıblar: “Bu, birillik fəaliyyətimiz dövründə bir sıra uğurlara da imza atmışıq. Əminəm ki, Qarabağ Universitetində tədris ən yüksək standartlara uyğun şəkildə davam edəcək. Qarabağ Universitetinin İncəsənət fakültəsi olaraq bu gün biz birliyimizi konsert və sərgi ilə qeyd etmək istəyirik. Ümumilikdə, Qarabağ Universiteti müəllim və tələbə heyəti müxtəlif janrlarda olan əsərlərlə, Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri ilə çıxış edəcəklər. Eyni zamanda gözəl bir sərgi də təşkil olunub. Sərgidə Qarabağ Universitetinin müəllimləri 140-a yaxın müxtəlif texnikalarla hazırlanmış əsərlərlə tamaşaçıların qarşısına çıxacaq”.

Dekan vurğulayıb ki, İncəsənət fakültəsində "Musiqi müəllimliyi", "İnstrumental ifaçılıq", "Vokal", "Milli vokal" və "Xanəndəlik", eyni zamanda "Dizayn" ixtisasları tədris olunmaqdadır: “Bu ixtisaslar üzrə 130-a yaxın tələbə ilə başlamışıq. Eyni zamanda tədrisə ölkəmizin ən peşəkar müəllimləri də cəlb olunub. Onların arasında Xalq artisti, Əməkdar artistlər də yer almaqdadır və tədrisimizi də dünya standartlarına uyğunlaşdırmışıq”.

T.Qasımzadə onu da qeyd edib ki, birillik fəaliyyət dövrü çərçivəsində artıq Qarabağ Universitetinin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər: “Onların içərisində qaliblər də var. Bizim tələbələrimiz müxtəlif sərgilərdə konsertlərdə, festivallarda iştirak edirik. Bu, başlanğıcdır. Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində mədəniyyət sahəsinə tez-tez eşidəcəksiniz”.

Son xəbərlər