Mojo.az Banner
17:34 Mayın 17-də imtahan verənlər üçün NÖVBƏTİ ŞANS: DİM-dən MÜHÜM QƏRAR  |     17:24 Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq  |     17:11 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |     17:00 Əli Əsədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib  |     16:44 Alyona Əliyeva WUF13-dən paylaşım edib - Video  |     16:14 Bakı-Tbilisi-Bakı qatarının sərnişinlərinə ŞAD XƏBƏR  |     15:52 Bakıda söküləcək binaların yerində nələr tikiləcək - AÇIQLAMA  |     15:46 Anar Əsədliyə hökm oxundu  |     15:35 Bu dərmanlar xərçəng xəstələrinin müalicəsinə kömək edə bilər (TƏDQİQAT)  |     15:21 WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir - CANLI  |     15:01 "Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?  |     14:50 Böyük Britaniya səfiri Azərbaycanı tərk edir  |     14:43 Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı  |     14:35 Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər - Video  |     14:28 İki həmyaşıdını bıçaqlayan gəncə hökm oxundu  |     14:04 Əməkdar artist xəstəxanaya yerləşdirildi  |     14:01 Tullantılarla mübarizə yoxsa laqeydlik? – Mövcud vəziyyət təhlil edildi  |     13:52 Şəkidə yaşayanların DİQQƏTİNƏ! Bu şəxslərin uçotu aparılır  |     13:51 Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb  |     13:45 Bakı-Tbilisi qatarında daha ucuz qiymətə sərnişin daşınması müzakirə edilir - RƏSMİ  |    
Left Banner
Right Banner

86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR

29.11.2024 12:58 1 851
86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxslər HƏBS OLUNDULAR
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

Belə ki, Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə istintaq edilən cinayət işi üzrə "Qala Meyvə-Tərəvəz İxracat İdxalat" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 51 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İlham Məzahir oğlu Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə "R.T.K" MMC tərəfindən ümumilikdə 209 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 355 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Kamran Əhmədağa oğlu İsmayılov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.1-ci maddələri ilə başlanmış cinayət işi üzrə "Qollaktika 01" MMC tərəfindən ümumilikdə 18 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 31 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Nəriman Məmmədtağı oğlu Lazimi iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində olan başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi faktı nəzərə alınıb.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.скачать dle 11.3
Mojo.az Banner