Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər

28.11.2024 21:31 1 260
Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər
Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin Təcili-Tibbi Yardım Xidməti inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, Xidmət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması barədədir.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 500 manat, vəzifəli şəxslərin 1500 manat, hüquqi şəxslərin isə 5000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İşə Naxçıvan Şəhər Məhkəməsində baxılacaq.

İttihamdan aydın olur ki, Təcili Tibbi Yardım Xidməti sığorta qanunu pozub. Bu ittiham sübuta yetirilərsə, Xidmət 5000 manat cərimələnə bilər.

Son xəbərlər