Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"

27.11.2024 18:51 990
Zaxarova:
"Moskva Yunanıstandan Rusiya istehsalı olan hərbi texnikanın Ermənistana təkrar ixracının mümkünlüyü ilə bağlı heç bir sorğu almayıb".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualına cavab olaraq bildirib.

Ondan Yunanıstanın Rusiya istehsalı olan S-300 sistemlərini Ermənistana ötürmək planları ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirməsi xahiş olunub.

"Hərbi-texniki əməkdaşlığa dair 30 oktyabr 1995 və hərbi məhsulların tədarükünə dair 3 dekabr 2013-cü il tarixli ikitərəfli hökumətlərarası sazişlərin müddəalarına ciddi əməl etməyin zəruriliyini sizə xatırlatmaq istərdik. Bu sazişlər birmənalı şəkildə Yunanıstana Rusiyanın razılığı olmadan bizim təqdim etdiyimiz hərbi texnikanın təkrar ixracını qadağan edir", - Zaxarova qeyd edib.скачать dle 11.3
Mojo.az Banner