Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi | 11:33 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı | 11:32 Nikol Paşinyan Türkiyədə səfərdədir | 11:31 Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək | 11:31 Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Lautaro Martines millidəki qolların sayına görə Maradonaya çatıb

20.11.2024 19:24 870
Lautaro Martines millidəki qolların sayına görə Maradonaya çatıb
Argentinalı hücumçu Lautaro Martines yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.

Futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində, Peru millisi ilə oyunda gerçəkləşdirib.

Matçın 55-ci dəqiqəsində Lionel Messinin ötürməsindən sonra hesabı açan 27 yaşlı ön xətt oyunçusu qollarının sayını 32-yə çatdırıb.

Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə 35 qolu var. Martines və Maradona isə 32 qolla yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yeri bölüşürlər.

Qeyd edək ki, Argentina - Peru matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər