Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan klubu doğma meydanına qayıdır

19.11.2024 18:39 1 014
Azərbaycan klubu doğma meydanına qayıdır
I Liqada çıxış edən "İmişli" komandası növbəti ev oyununu Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirəcək.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.

O, sözügedən arenaya PFL tərəfindən geniştərkibli baxış həyata keçirildiyini bildirib:

"Stadionun ot örtüyü futbol oynamaq üçün yaxşı vəziyyətə gətirilib. Bununla əlaqədar olaraq "İmişli" klubuna təşəkkür edirik. Futbol oynamaq üçün isə yalnız ot örtüyü kifayət etmir. Burada otaqların da daha yaxşı vəziyyətə gətirilməsi lazımdır. Əvvəlcədən olan qeydlər üzrə müvafiq işlər həyata keçirilməkdədir. Proses hələ də davam edir. 2-3 gün ərzində bu işlərin tam yekunlaşması nəzərdə tutulur".

PFL rəsmisi prosesi diqqətdə saxladıqlarını vurğulayıb:

"Qlobal problemin ortaya çıxacağını düşünmürük. Çünki hazırda iş davam edir və bir neçə gün lazımdır ki, bu məsələlər aradan qalxsın. Amma istənilən halda PFL bunu diqqətdə saxlayacaq. Hər hansı qlobal bir şey ortaya çıxmasa, "İmişli" növbəti ev oyununu doğma meydanda keçirəcək. Bununla bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, "İmişli" I Liqanın VIII turunda "Qaradağ Lökbatan"ı qəbul edəcək. Qarşılaşma 27, 28 və ya 29 noyabrda təşkil olunacaq.

Son xəbərlər