Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Meyvə şirəsinin içindən çıxan nədir? - VİDEO

19.11.2024 15:58 1 611
Meyvə şirəsinin içindən çıxan nədir? - VİDEO
"Bunu hər gün nə qədər insan içir. Biri izah etsin ki, içində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə iyrəncdir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri bloqer Əfsanə Fərəczadə sosial şəbəkə hesabında paylaşdığı videoya şərh olaraq yazıb. "Natura" meyvə şirəsi alan xanım onun içməyə yararsız olduğunu deyib. Qadının paylaşdığı videodan görünür ki, şirənin qutusundan kifəbənzər çürüntü çıxır.

Belə ki, bloqer məhsulun üzərindəki yararlılıq müddətinin keçmədiyini vurğulayaraq bildirib ki, öncə qapağı adi formada açıb, amma şirəni stəkana tökmək istəyəndə normadan az süzüldüyünün fərqinə varıb. Qutunu kəsmək qərarına gələn bloqer onun içindəki məhlulla qarşılaşanda təəccüblənib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yayılan görüntü Agentlik tərəfindən nəzarətə götürülüb: "Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq və müvafiq tədbir görüləcək. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər".

Son xəbərlər