Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib

15.11.2024 14:20 933
Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib
Məhkəmə Xaçmaz rayonunun Yalama kəndində ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovla bağlı qərar verib.

Report xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçilərinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkillər apellyasiya şikayətində Ramin Ağaxanovun Cinayət Məcəlləsinin 187.2 və 122.2-ci (güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.

Qərara əsasən, şikayət təmin olunmayıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da sözügedən rayonda baş verib. İttihama görə, 1996-cı il təvəllüdlü Ramin Ağaxanov zərərçəkmiş şəxslərə olan pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək bıçaqla xəsarətlər yetirib.

Onları qətlə yetirdikdən sonra cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi yandırmaqda təqsirli bilinib.

O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramin Ağaxanov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11 (başqa cinayətin törədilməsini yüngülləşdirmək və quldurluqla əlaqədar, tamah məqsədi və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.

Son xəbərlər