Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Konqo prezidenti: "COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri yeni ideyalar təqdim edəcəklər"

13.11.2024 11:29 1 335
Konqo prezidenti:
"COP29 platformasında biz, Afrikanın 15 ölkəsinin rəhbərləri və hakimiyyət nümayəndələri görüşüb, bütün dünya səviyyəsində yeni ideyaları ətraflı müzakirə edəcəyik".

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un Mavi Zonasında Konqo Milli pavilyonunda çıxış edən Konqo Prezidenti Deni Sassu-Nqesso deyib.

Konqonun hər bir şəhərini yaşıl şəhərə çevriləcəyinin planlaşdırıldığını diqqətə çatdıran prezident, bu məqsədlə minlərlə ağacın əkildiyini deyib.

"Bütün hakimiyyət orqanlarına müəyyən direktivlər göndərmişəm ki, bütün əhali, xalqımız bu əkilmiş ağacların qorunmasını diqqətdə saxlasın. Gənclərin bu məsələni nəzərdə saxlaması daha çox məqsədə uyğundur. Brazavildə və digər şəhərlərdə bu istiqamətdə, xüsusilə ölkədə meşəsalmalara həsr olunmuş müxtəlif konfranslar və tədbirlər təşkil etmişik. Hazırda COP29 çərçivəsində biz bir sıra böyük tədbirlər təşkil edirik ki, Afrikanın 15 ölkəsi, həmçinin Karib ölkələri ilə birgə çalışacağıq ki, təbii ehtiyatlar yaşıllaşmanın inkişaf etdirilməsinə həsr olunsun və hər bir ölkənin ÜDM-ə daxil edilsin. Noyabrın 13-də COP29 platformasında biz, Afrikanın 15 ölkəsinin rəhbərləri və hakimiyyət nümayəndələri görüşüb bütün bu məsələləri ətraflı müzakirə edəcəyik. Burada biz dünya səviyyəsində yeni ideyaları müzakirə edəcəyik. Bu isə təbii zənginliklər ölkənin ÜDM-in dəyəri kimi qeydə alınsın", - deyə Konqo prezidenti bildirib.скачать dle 11.3
Mojo.az Banner