Mojo.az Banner
22:55 Bu minib-düşmə yeri" sürücülərə problem yaradır - Video  |     22:53 Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - Video  |     22:48 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib  |     22:32 “Zirə” Azərbaycan kubokunun finalına yüksəldi  |     22:15 Latviya Prezidenti Azərbaycana gəldi  |     22:10 Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı  |     22:07 "Oskar" mükafatlı rejissor vəfat etdi  |     22:04 Bakı metrosunda daha bir insident: Ölən var  |     21:53 Məktəblərdə "Son zəng"in keçiriləcəyi tarix açıqlandı  |     21:48 Azərbaycanın pambıq ixrac və idxalı artdı  |     21:40 Gürcüstan hökumətində dəyişiklik oldu - Yeni nazirlər  |     21:34 Bakı metrosunun stansiya rəisi öldü  |     21:29 Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi - 9 nəfər isə...  |     21:24 Aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb  |     21:16 Bakıda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı  |     21:11 Suraxanıda məktəbdə dərs dayandırılıb? - AÇIQLAMA  |     21:03 Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 faizi açılıb  |     20:57 Plastik qabların insan sağlamlığına təsiri nələrdən ibarətdir?  |     20:51 Tikinti şirkətindən 25 min manatlıq oğurluq edilib  |     20:44 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |    
Left Banner
Right Banner

Zaqatalada daha bir yeni doğulan körpə ölüb

07.11.2024 13:15 1 557
Zaqatalada daha bir yeni doğulan körpə ölüb
Zaqatalada yeni doğulan körpə ölüb.

APA-nın məlumatına görə, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib.

Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nin doğum şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu faktla birlikdə yeni doğulan körpə ölümü noyabr ayı ərzində ikinci hadisədir. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner