Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Putin: "Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir"

05.11.2024 16:07 1 368
Putin:
"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvan ilə Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.

"Ermənistan və Azərbaycanla əməkdaşlığımız da eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. 2020-2022-ci illərdə ali səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmalar çərçivəsində sülh müqaviləsi, dövlət sərhədlərinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzərində işə dəstək verməyə davam edəcəyik", - deyə Putin bildirib.

Putin bildirib ki, MDB ölkələrinin liderləri ənənəyə uyğun olaraq dekabrın sonunda toplaşacaqlar.

"Əlbəttə ki, burada Belarus, Qırğızıstan, Ermənistan və Azərbaycan səfirlərini görməyə şadam. Bu dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir. Onların liderləri ilə oktyabrda Moskvada MDB sammiti çərçivəsində görüşmüşük. Ənənəyə uyğun olaraq dekabrın sonunda ilin yekunlarını müzakirə etmək və gələcək planları müəyyənləşdirmək üçün yenidən toplaşacağıq, 2025-ci ildə isə Birlik dövlətlərinin bütün xalqlarının nail olunmasına töhfə verdiyi Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini birgə qeyd edəcəyik", - deyə Rusiya prezidenti bildirib.

Qeyd edək ki, Rusiya prezidentinə yeni xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimi Böyük Kreml Sarayının Aleksandr zalında keçirilib. Mərasimdə 28 ölkənin nümayəndələri iştirak ediblər.скачать dle 11.3
Mojo.az Banner