Mojo.az Banner
12:38 Gömrük Komitəsində maliyyə nöqsanları aşkarlandı  |     12:36 Alyona Əliyeva Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib - FOTO  |     12:25 Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək  |     12:10 Şəkidə "KamAZ" 69 yaşlı qadını vurub öldürdü  |     12:09 Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb  |     12:08 Zaqatalada 11 mindən çox abonentin qazı kəsiləcək  |     12:07 Gömrük postunda 243 ədəd mobil telefon aşkar edilib  |     12:07 Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"  |     12:06 Abituriyentlərin NƏZƏRİNƏ: DİM-in sınaq imtahanına qeydiyyat bu gün BAŞA ÇATIR  |     12:04 Azərbaycan nefti cüzi bahalaşıb  |     12:03 Ağsuda 54 yaşlı kişi heyvan otararkən öldü  |     12:01 İmişlidə canavarlar kəndə hücum ediblər - Video  |     11:57 Bakıda internat məktəbinin yataqxanasında YANĞIN OLDU - Video  |     11:54 Bakıda sərnişin sıxlığını azaltmaq üçün xətlərə ƏLAVƏ AVTOBUSLAR buraxılıb  |     11:50 Sənəd dəyişdirildi, evlər satıldı - Video  |     11:48 Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - Video  |     11:45 Türkiyədə hərbi helikopter qəzaya uğrayıb  |     11:36 Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır  |     11:23 Ədəbiyyatda yeni dövr: Süni intellekt artıq yazı prosesinə daxil olur? – Yazıçıdan AÇIQLAMA  |     11:16 Dünya neft bazarında SON VƏZİYYƏT: Qiymətlərdə hansı dəyişiklik var?  |    
Left Banner
Right Banner

TikTok-un yaradıcısı 2024-cü ildə Çinin ən varlı adamı oldu

31.10.2024 19:56 1 266
TikTok-un yaradıcısı 2024-cü ildə Çinin ən varlı adamı oldu
Çində video paylaşma saytı Douyin və onun beynəlxalq versiyası TikTok-un yaradıcısı və rəhbəri Cang Yiming Çinin ən varlı adamı olub.

TikTok-un yaradıcısı və rəhbəri 2024-cü ildə Çinin ən varlı adamı olub.

Cang Yiming 49,3 milyard dollarlıq sərvətlə, Hurun Araşdırma İnstitutunun dərc etdiyi "Çin Zənginləri Siyahısı"nda birinci yeri tutub.

2012-ci ildə qurduğu "ByteDance" şirkətinin daxilində hər iki məşhur tətbiqi (Douyin və TikTok) inkişaf etdirən 41 yaşlı Cang, ilk dəfə siyahıda birinci yeri tutub.

ABŞ Konqresinin “ByteDance”ın Çin hökuməti ilə iddia edilən əlaqələrini əsas gətirərək “TikTok”a təzyiqinə baxmayaraq, şirkətin qlobal gəlirləri son bir ildə 30 faiz artıb.

2021-ci ildə şirkətin idarəçiliyini təhvil verməsinə baxmayaraq hələ də əhəmiyyətli bir paya sahib olan Cang-ın şəxsi sərvəti də son bir ildə 43 faiz artıb.

“Su kralı” ikinci yerə düşüb

Son üç ildir siyahıda 1-ci yerdə olmuş “Nongfu Spring” təbii bulaq suyu şirkətinin qurucusu və rəhbəri Cong Şanşan 47,9 milyard dollarlıq sərvətlə ikinci yerə düşüb.

Cong-un su biznesinin gəliri bu il oğlunun ABŞ vətəndaşı olması və rəqib su şirkətinin müdirinin ölümündən sonra aralarındakı bəzi fikir ayrılıqlarına görə əhəmiyyətli bir zərbə alıb. 71 yaşlı iş adamının sərvəti son bir ildə 24 faiz azalıb.

Cong Çinin Alibaba internet şirkətinin qurucusu Jack Ma-nı geridə qoyaraq 2020-ci ildə ilk dəfə siyahıda birinci yerə yüksəlmişdi.

Mesajlaşma proqramları və elektron ödənişlər də daxil olmaqla bir çox funksiyaları yerinə yetirən tətbiq platforması WeChat-ın sahibi olan Çinin aparıcı internet və texnologiya şirkəti Tencent-in qurucusu və rəhbəri Pony Ma Huating 44,4 milyard dollarlıq sərvətlə siyahıda üçüncü yeri tutub.

2023-cü ilin sonuna qədər WeChat istifadəçilərinin sayı 1,3 milyardı keçdiyi halda, 53 yaşlı Ma-nın sərvəti keçən illə müqayisədə 13 faiz artıb.

26 il ərzində 18 ad siyahıda birinci yerə çıxıb

Şəxsi sərvəti 5 milyard yuanı (təxminən 700 milyon dollar) keçən şəxslərin siyahısına 1094 nəfər yer tutub. Bu il siyahıda olanların sayı ötən illə müqayisədə 12 faiz azalıb. Siyahıda yer alanların ümumi sərvəti 3 trilyon dollara çatdığı halda, sərvətlərinin miqdarı 10 faiz azalıb.

Cang Yiming, yaradıldığı 26 il ərzində Çində Hurun siyahısında birinci yerə yüksələn 18-ci ad olub.

Hurun İnstitutunun prezidenti və hesabatın baş tədqiqatçısı Rupert Hoogewerf, eyni dövrdə ABŞ-da yalnız 4 adın ən varlı mövqeyə yüksəldiyinə diqqət çəkərək, bunun Çin iqtisadiyyatının dinamik tərəfinə işarə etdiyini vurğulayıb.

Bill Gates, Warren Baffett, Jeff Bezos və Elon Musk 26 ildə ABŞ-ın "ən varlı" adları olublar.
//marja.az
скачать dle 11.3
Mojo.az Banner