Mojo.az — elanlar
Son Xəbərlər
11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"TikTok"un yaradıcısı Çinin ən varlı adamı oldu

28.03.2025 12:03 1 143
"TikTok" servisinin sahibi olan "ByteDance"in yaradıcısı Çjan İmin Çinin ən varlı adamları reytinqində liderliyi ələ keçirib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

41 yaşlı iş adamının sərvəti 2024-cü ildə 13,6 milyard dollar artıb və 2025-ci ilin mart ayının sonunda 57,5 milyard dollar təşkil edib.

İkinci yerdə 56,6 milyard dollar kapitalla "Tencent Holdings" texnologiya şirkətinin həmtəsisçisi Poni Ma (həmçinin Ma Huaten kimi tanınır) qərarlaşıb. Üçüncü yerdə 54,1 milyard dollarlıq sərvətlə qablaşdırılmış su və sərinləşdirici içkilər istehsal edən "Nongfu Spring" şirkətinin rəhbəri Çjun Şanşan qərarlaşıb.

"Bloomberg Billionaires Index"ə görə, keçən il Poni Ma Çinin ən zəngin adamları siyahısına başçılıq edirdi. Həmin vaxt onun sərvəti 43,7 milyard dollar dəyərində qiymətləndirilirdi. Reytinqin ikinci pilləsini 43,6 milyard dollar kapitalla Çjun Şanşan tuturdu. Üçüncü yerdə 43 milyard dollar sərvətlə Çjan İmin qərarlaşırdı.

Son xəbərlər