Mojo.az Banner
22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |    
Mojo.az Avto
Mojo.az Avto

Müştəri mağazada hər hansı əşyanı sındırdıqda pulunu ödəməlidirmi?

29.10.2024 12:52 1 023
Müştəri mağazada hər hansı əşyanı sındırdıqda pulunu ödəməlidirmi?
Tutaq ki, siz mağazada çox və ya az dəyərli bir əşyanı sındırdız. Məsuliyyət məsələsi necə həll olunmalıdır?

İlk öncə qeyd edim ki, bu münasibətə Mülki Məcəllənin (bundan sonra MM) 152.10-cu (əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür) maddəsini tətbiq etmək olmaz. Bu, səhvdir, yanlış yanaşmadır, yanlış istiqamətləndirmədir.

MM-nin 152-ci maddəsi MM-nin 6-cı fəslində yerləşməklə mülkiyyət hüququnun ümumi müddəalarını tənzimləyir.

MM-nin 152.10-cu maddəsinə misal olaraq göstərmək olar: əgər mülkiyyətçi əmlakı başqa bir şəxsə kirayəyə veribsə və təbii fəlakət və ya başqa bir gözlənilməz hal nəticəsində əmlak məhv olarsa və ya zədələnərsə, bu risk mülkiyyətçiyə aiddir. Lakin qanun və ya müqavilə əsasında tərəflər arasında başqa bir razılaşma varsa, məsuliyyət fərqli şəkildə bölüşdürülə bilər.

MM-nin 571.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.

Qeyd edək ki, “təsadüfən” anlayışı həm qəsdin, həm də ehtiyatsızlıq halının olmamasını özündə ehtiva edir.

Maddənin dispozisiyasında “təsadüfən” sözündən istifadə olunmayıb. Əşyanın təsadüfən məhv olması özündə onu ehtiva edir ki, şəxs heç bir halda həmin “təsadüfən məhv olmanı” aradan qaldıra bilməz. Bu, ehtiyatlılıqla bağlı məsələ deyil.

Məsələn, mağazada əşyanı götürdüz və ödənişin olunması üçün kassaya kimi gəldiz, ehtiyatsız davranışınızdan irəli gələrək (məsələn: eyni anda bir əlində 4 ədəd limonadı aparmağa çalışmaq, supermarketdə şüşələr əlində qaçmaq və.s) əşyanı sındırdınız. Bu zaman siz istinad edə bilməzsiz ki, mən kassada malın ödənişini edib, bu barədə qəbzi almamışam. Ona görə, hələ risk alıcının üzərindədir.

Və ya əgər ticarət zalında malın zədələnməsinə Sizin “qeyri-təbii” davranışınız (qaçmaq, dava salmaq, alkoqol sərxoşluğu vəziyyətində olmaq və s.) səbəb olubsa, bu zaman da riskin satıcıda olması halına istinad etmək olmaz.

Misal üçün əgər mal rəfdə dayanıqsız şəkildə yerləşdirilibsə və bir bankanı götürərkən “bütün konstruksiya”nın dağılması nəticəsində mal/mallar sınarsa, bu zaman “əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi” halına istinad etmək olar.скачать dle 11.3
Mojo.az Banner