Mojo.az Banner
19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bağışlanan əmlak hansı hallarda geri alına bilər?- AÇIQLAMA

21.08.2020 16:30 1 714
Bağışlanan əmlak hansı hallarda geri alına bilər?- AÇIQLAMA
Əmlakın bağışlanması əvəzsiz əqd olan bağışlama müqaviləsi ilə tənzimlənir.

Bu barədə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə bir neçə istisna hallar mövcuddur.

“Bağışlama üçün vacib olan hüquqi amillər var. Əgər bu amillərdən biri etibarsız olarsa, müqavilə ləğv edilə bilər. Burada iradə faktoru, mülkiyyətin qanuniliyi kimi məsələlər nəzərdə tutulur. Bağışlayan şəxs şüurlu şəkildə öz iradəsini düzgün ifadə edirsə, fəaliyyət qabiliyyətində hər hansı bir məhdudlaşma yoxdursa, həmin şəxs öz əmlakını əvəzsiz əqd olaraq qeyri şəxsə bağışlaya bilər.

Lakin, həmin müqavilənin etibarsızlığına əsas verən səbəblər varsa, eləcə də mövcud faktlar məhkəmə qaydasında öz təsdiqini taparsa, bu halda həmin müqavilənin ləğvi tələb oluna bilər.

Eyni zamanda hər iki tərəf könüllü şəkildə bağışlamanı ləğv etmək mövzusunda razılığa gələrsə, onlar arasında ləğv barədə saziş imzalanır. Və məhkəmə mübahisəsi olmadan mülkiyyət əvvəlki sahibinə qaytarılır”-, deyə H.Məmmədov qeyd edib.скачать dle 11.3
Mojo.az Banner