Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

Azərbaycan ​"Basqalı" rəqsinin gürcü kanalında "erməni şalaxosu" kimi təqdimatına etiraz edib

23.10.2024 20:58 936
Azərbaycan ​
"Basqalı" Azərbaycan rəqsi və "Bu qala, daşlı qala" Azərbaycan xalq mahnısının hüquqları Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulub.

Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən il l noyabrın 3-də Gürcüstanın "1TV.GE" telekanalında yayımlanmış "Natalia & Datuna" şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur "Basqalı" rəqsi ilə müşayiət olunan mahnı "Somxuri şalaxo"- "erməni şalaxosu" kompozisiyası kimi təqdim olunub.

Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı "İMEDİ"də yayımlanan "Çveni şou" proqramında da "Basqalı" Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə "erməni şaloxosu" adı altında təqdim olunub.

Qeyd edilib ki, bu faktlar Gürcüstanın müxtəlifteleviziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur:

"Bu ilin 24 may tarixində "Rustavi" telekanalında yayımlanan "Paatas da Nikas şou" proqramında isə "Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısı "Sənə sevgi söz verirəm" adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. "Bayatı-Şiraz" muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər".

Vurğulanıb ki, "Rustavi" telekanalında "Bu qala daşlı qala" adlı Azərbaycan xalq mahnısı "Sənə sevgi söz verirəm" adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb:

"Yuxarıda göstərilən faktlar eyni zamandaÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş"in tələblərinin də pozulması deməkdir".

Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "SAKPATENTİ"nin rəhbərliyinə məktub göndərib.

"Məktubda Gürcüstanın 1TV.CE, "İMEDİ" və "Rustavi" telekanallarında Azərbaycana məxsus olan "Basqalı" rəqsinin "Somxuri şalaxo" - erməni şalaxosu" kimi təqdim edilməsinin və "Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da "SAKPATENTİ"-yə təqdim edilib", - deyə məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner