Mojo.az Banner
22:45 Laricaninin qızını ABŞ ilə bağlayan fakt üzə çıxdı  |     22:39 ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var  |     22:37 Astronomlar yeni planet aşkar ediblər  |     22:30 Tramp Hörmüz boğazının açılması üçün 3 ölkədən YARDIM İSTƏDİ  |     22:27 İranın İsraili vuracaq neçə raketi qalıb? - SAY AÇIQLANDI  |     22:20 Xocavənddə bir sıra evlərin təmirinə başlanılır  |     22:11 JIVA-nın “Avroviziya 2026” üçün mahnısı təqdim olundu  |     21:54 İsrail İranın əsas "beyin mərkəzi"ni VURDU  |     21:45 Köçəryan baş nazirliyə namizəd oldu  |     21:36 Qırmızı dənizdə gərginlik artır: Nəhəng internet layihəsi dayandırıldı  |     21:19 Bu metal qızıldan daha sürətlə bahalaşır: Bir ildə 6,6 dəfə artım  |     21:01 Rusiya axtarışda olan şəxsi Azərbaycana verdi  |     20:51 Masazırda iynə vurulan 38 yaşlı qadın öldü  |     20:45 Samir Nuriyev məmurları Xocəvənddə TOPLADI (YENİLƏNİB)  |     20:32 Xamenei SEPAH-ın sabiq komandanını özünə müşavir təyin etdi  |     20:10 Bu ərazilərdə qaz olmayacaq  |     19:57 Ramazanın 27-ci gününün duası - İftar və imsak vaxtları  |     19:52 Azərbaycanda xəstəxana direktoru cərimələndi  |     19:31 Bazarda qiyməti 70 manata çatan bu məhsulun sirri açıldı  |     18:28 Bakının bu rayonlarında kirayə evlərin qiyməti artdı  |    
Left Banner
Right Banner

Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!

11.10.2024 22:59 249
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!
Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan "can verir". Bu baxımdan şəhərin bir neçə regionunda sakinlər üçün yaşayış çətinləşib.

Median.Az konkret.az-a istinadən xəbər verir ki, bir sıra ekspertlər həmin bölgələri 4 yerə bölüb.

Birinci yerdə 20 yanvar və Şamaxinka deyilən ərazidir. Şəhərin çıxış qapısı sayılan bu yer həm də qulaq batıran səs-küyü ilə seçilir. Burada əhali kontingenti olduqca qarışıqdır. Üstəlik, çoxlu sayda xəstəxana və tibb ocaqlarının yerləşməsi buraya ağır bir ab-hava verir.

İkinci yerdə isə Əcəmi və 3-cü mikrorayon dairəsi məskunlaşıb. Bu ərazi Sovet hakimiyyəti dövründə tikintilər şəhərsalma normalarına uyğun aparılsa da, hazırki dövrdə bu sahədə ciddi nöqsanlara yol verilib. Bir neçə alış-veriş mərkəzlərinin, o cümlədən Moskva univermağının yerləşməsi sözügedən rayonun yaşama şərtlərini ağırlaşdırıb. Əhalinin kontingenti burada da qarışıqdır, nəqliyyat sıxlığı getdikcə dramatikləşir.

3-cü sırada "Neftçilər", "Xalqlar dostluğu", "Qara Qarayev" metrosu əraziləridir. Şəhərin digər yerləri kimi burada da mühit olduqca ağırdır, kontingent müxtəlifliyi ilə seçilir, yollar sıxlığa davamlı deyil, pərakəndə alış-veriş mərkəzləri rayonun yaşam səviyyəsini aşağı salıb.

4-cü bölgə isə Yeni Yasamaldır. Burada tikilən binalar heç bir şəhərsalma normalarına uyğun tikilməyib. Şəhərin mərkəzinə yollar olduqca darısqal və keyfiyyətsizdir. Əhali sayına görə sıx ərazi hesab olunur. Memarlıq üslubu ilə tikilən binalar isə olduqca azdır.скачать dle 11.3
Mojo.az Banner