Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

KİV: İranda həbslər, aclıq aksiyası və edamlar davam edir

09.10.2024 19:48 1 116
KİV: İranda həbslər, aclıq aksiyası və edamlar davam edir
Güney Azərbaycan və İranın müxtəlif şəhərlərində sosial tələblərlə etiraz aksiyası keçirilir.

Bu barədə “Azad İran” məlumat yayıb.

Bildirilib ki, Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Həmədan, eləcə də Tehran və Bicar şəhərlərində rabitə sahəsində çalışan təqaüdçülər etiraz aksiyası keçiriblər.

Məlumata görə, onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə, qanunla nəzərdə tutulan haqlarının pozulmasına, eləcə də müalicə xərclərinin verilməməsinə etiraz ediblər.

Bildirilib ki, İranın Kermanşah əyalətində də təqaüdçülər etiraz aksiyası keçirir. Sosial Təminat Fondu binasının qarşısında toplaşan narazı təqaüdçülər müavinətlərinin yetərsiz olmasını bildirərək həm də həbsdə saxlanılan müəllimlərin və fəhlələrin sərbəst buraxılmasını tələb ediblər.

Başqa bir məlumata əsasən, İranın Buşehr əyalətində qaz sənayesi işçilərinin etiraz aksiyası 10 həftədir davam edir. “Cənubi Pars” Qaz platformasının narazı fəhlələri işi dayandıraraq tətilə başlayıblar. Onlar gecikmiş əməkhaqlarının ödənilməsini tələb ediblər.

Məlumata görə, Ərdəbil bölgəsində azərbaycanlı məhbus dar ağacından asılıb. Barəsində edam hökmü icra olunan məhbus Yunis Piruzi qəsdən adam öldürmə maddəsi ilə ittiham edilib.

İnformasiyaya əsasən, İran təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəalların evlərinə basqın ediblər. Ötən gün təhlükəsizlik qüvvələri səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərinin Nadarlı kəndində yaşayan gənc fəalların evlərinə heç bir hüquqi sənəd göstərmədən soxulublar.

Repressiv qüvvələr Məhəmmədrza Əqdəsi, Hadi Əqdəsi, Vəhid Qaffari və Cəlal Nurməhəmmədinin şəxsi mənzilində axtarış aparıblar. Bildirilib ki, axtarış zamanı milli fəalların şəxsi əşyaları, o cümlədən mobil telefonları və kitabları da müsadirə edilib.

Nadarlı kənd sakini milli-mədəni fəal Əli Rəzizadə hələ də Tehrandakı "Evin" zindanında həbsdədir.

Həbsdə saxlanılan güneyli fəal aclıq aksiyası keçirir. Qərbi Azərbaycan əyalətinin Maku şəhər zindanında saxlanılan azərbaycanlı iş adamı və ictimai-siyasi fəal Həsən Oruczadə aclıq aksiyasına başlayıb.

Məlumata görə, Həsən Oruczadə İran təhlükəsizlik orqanlarının (ETTELAAT) və Məhkəmə Sisteminin onun işinə ədalətsiz baxmasına etiraz olaraq aclıq aksiyasına əl atıb. Ona qarşı irəli sürülən ittihamlar hələ ki bəlli deyil.

Bildirilib ki, Həsən Oruczadə sentyabrın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Son xəbərlər