Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ədalət Şükürov: "AYNA-dan narazıyam, bacarmırlarsa, məni çağırsınlar, başa salım" (VİDEO)

09.10.2024 18:17 1 383
Ədalət Şükürov:
"Bizim yollardan çox narazıyam. Həddindən artıq. Avtobus zolağı bir, velosiped zolağı iki, balaca yolu bölürlər. Tıxaclar da artdıqca artır. Buna da səbəb həmin balaca yolu zolaqlara ayırmalarıdır. Ola bilsin, o da lazımdır. Amma onu böyük yolda edərlər. Yol salanda bütün bunları nəzərə alıb enli etmək lazımdır. Yoxsa ki, hazır balaca yoldan kəsib nəsə edib tıxac yaradırlar. Tıxacların 80 faizi elə həmin zolaqlara görə yolların balacalaşmasından yaranıb".

Bu sözləri Əməkdar artist Ədalət Şükürov APA TV-nin "Ekstra müsahibə" layihəsində qonaq olarkən deyib.

O, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib:

"AYNA-dan çox narazıyam. Orada peşəkarlar işləməlidirlər. Peşəkarlar dəvət etmək lazımdır. Yoxsa ki, biri maşını qoydu, tez onu çəkdilər, cərimə etdilər. Bu nə qədər düzgündür? Yaxşı qazanc yeri tapıblar. Narazıyam, buradan da deyirəm, əgər bu işi bacarmırlarsa, xarici ölkələrdə şirkətlər var, onları dəvət etsinlər. Amerikada, İngiltərədə yolları idarəetmə şirkətləri mövcuddur. Gəlib yarım il ölkədə yaşayıb yolun səmtini dəyişirlər. Bacarmırlarsa, məni çağırsınlar, başa salım. Bizdə bir çox yollar dalandır, onları açın da. Bir-ikisi açılıb, hərəkət var. Niyə o yolları açmırlar? İmkan da var. Nəinki mən, 99 faiz avtomobil idarə edənlər narazıdırlar".скачать dle 11.3
Mojo.az Banner