Mojo.az Banner
23:02 Bu 4 bürc üçün şanslı dövr başlayır  |     22:57 "Qarabağ" bu dəfə DÇ-2026-nın iştirakçısını transfer edir  |     22:50 Rusiya bombaladı, 13 yaşlı idmançı öldü  |     22:44 Quşların azmadan minlərlə kilometr uçmasının sirri  |     22:39 Süni intellekt 55 yaşdan yuxarı işçilərin işdən çıxarılma ehtimalını artırır  |     22:32 Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar  |     22:27 Reklam olunan bu məhsullarda təhlükəli maddə tapılıb  |     22:18 DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA  |     22:13 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib  |     22:07 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzdu  |     22:02 Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır - TƏFƏRRÜAT  |     21:54 Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı  |     21:49 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü  |     21:41 İran region ölkələrini təhdid etdi  |     21:36 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu  |     21:28 Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı  |     21:22 Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı  |     21:14 Sabah deputatlar tətilə çıxacaq  |     21:09 Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya  |     21:02 Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia  |    
Left Banner
Right Banner

Bakı metrosunda xanım mayora xəsarət yetirildi: "Məni işarə edərək nəsə deyirdi"

08.10.2024 16:15 1 398
Bakı metrosunda xanım mayora xəsarət yetirildi:
Oktyabrın 2-də Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qəribə hadisə baş verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən ədliyyə mayoru S.Sultanova (şərti) bir nəfərin ona bizlə xəsarət yetirərək qaçdığını bildirib.

Şikayətçi qeyd edib ki, bizi batıran gəncin yanındakı şəxs işlədiyi cəzaçəkmə müəssisəsində əvvəllər cəza çəkib. Xanım zabit axşam işdən çıxıb evə gedərkən həmin şəxslərin onu izlədiyini və keçmiş məhkumun işarəsi ilə gənc oğlanın bu addımı atdığını bildirib.

Polis əməkdaşları müraciətlə bağlı axtarış tədbirlərinə başlayıblar. Həmin şəxslər metronun "Dərnəgül" stansiyası ərazisində müəyyən edilərək saxlanılıblar. Onların Kürdəmir rayon Yeni Şıxımlı kənd sakinləri, dayı-bacıoğlu olması üzə çıxıb. 2004-cü il təvəllüdlü T.Hümbətov (şərti soyadlı) barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.

Saxlanılan şəxs bildirib ki, həmin qadını tanımır və metroda qaçarkən deşici alət təsadüfən ona toxunub.

Protokola Binəqədi Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxs isə hadisənin qəsdən planlaşdırıldığını iddia edib. S.Sultanova məhkəməyə ifadəsində həmin şəxslərdən metro ərazisində şübhələndiyini bildirib:

"Metroda gedən zaman yanındakı şəxsin T.Hümbətova məni işarə edərək nəsə deməsini gördüm. Bir az qorxsam da, özümü itirmədim. Ətrafda kamera olan yerlərə baxdım və kameranın müşahidə etdiyi yerdə dayandım. Bir qədər keçmiş adının sonradan T.Hümbətov olduğunu bildiyim şəxs mənə nəsə batırdı və həmin şəxslər qaçdılar. Dərhal polis əməkdaşlarına hadisə barədə məlumat verdim. Bir qədər sonra isə gənc oğlanın yanında olan şəxsi xatırladım. Həmin şəxs mənim çalışdığım cəzaçəkmə müəssisəsində olub və bir dəfə onun əxlaqsız hərəkətlərini müşahidə etmişdim".

Məhkəmədə çıxış edən Metropolitendə Polis Şöbəsinin əməkdaşı da hadisənin qəsdən törədilməsini bildirib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 yaşlı T.Hümbətova 20 sutka həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner