Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır? - Onkoloq cavab verir

08.10.2024 13:39 2 319
Plastik əşya panikası: Evdəki bütün qabları dəyişdirmək lazımdır? - Onkoloq cavab verir
"Plastik əşyaların xərçəng şişinin inkişafına səbəb olması nəzəriyyəsi heç kim tərəfindən sübut edilməyib".

Median.Az
-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin Klinik Onkologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri namizədi Yevgeni Çeryomuşkin bildirib.

Onun sözlərinə görə, bu materialın istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır:

"Orqanizmimizə düşən mikroskopik elementlərin birbaşa müəyyən bir şişin yaranmasına səbəb olduğunu heç kim sübut etməyib. Şübhəsiz ki, plastikin bir hissəsi orqanizmimizə düşür, lakin hələlik evdəki bütün plastik əşyaları dəyişdirmək üçün panikaya düşmək lazım deyil. Hər hansı bir şeyin istehsalına başlamazdan əvvəl çoxlu araşdırmalar aparılır. Heç kim bunun mümkün olmadığını inkar etmir - hər halda sintetik materialdır, lakin hələlik bu deyilənlər əsasən şayiələrdir".

Mütəxəssis vurğulayıb ki, plastikin xərçəngin inkişafına təsiri ilə bağlı müzakirələr hələ də davam edir.

"Hələlik istifadə edilməsi mümkün olmayan bəzi plastik növlərinin mövcud olduğu dəqiq məlumdur. Kanserogen effektə malik kimyəvi maddələr ifraz edən materialın hətta qab-qacaq istehsalında istifadəsinə məhdudiyyətlər qoyulur", - deyə onkoloq vurğulayıb.

Son xəbərlər